AZ

Alkaqolun beyinə hansı zərərləri var? AÇIQLAMA

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Alkoqolun beyin fəaliyyətinə az tanınan təsiri açıqlanıb.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə "Imperial College London"un neyropsixofarmakoloqu Zafar "The Guardian" qəzetinə açıqlamasında danışıb.

Mütəxəssisin sözlərinə görə, alkoqol orqanizmdə iltihabi proseslər yaradır və bağırsaqla beyin arasındakı əlaqəni pozur. Bu isə nəticədə insanın əhvalına, idrak funksiyalarına və narahatlıq səviyyəsinə mənfi təsir göstərir.

Ekspert bildirib ki, alkoqol beyində bir neçə neyromediatorun fəaliyyətinə eyni vaxtda təsir edir. Bu təsir nəticəsində özünüidarə zəifləyir, eyni zamanda rahatlıq və həzz hissi artır. Məhz buna görə bir çox insan alkoqolu stressi azaltmaq vasitəsi kimi qəbul edir.

Bununla yanaşı, daha az nəzərə çarpan fizioloji təsirlər də mövcuddur. Alkoqol bağırsağın keçiriciliyini artırır və iltihabı gücləndirir. Nəticədə “bağırsaq–beyin oxu” adlandırılan sistemin fəaliyyəti pozulur. Bu sistem həzm və sinir sistemi arasında əlaqəni təmin edir və emosiyaların, davranışın tənzimlənməsində mühüm rol oynayır.

Araşdırmaya görə, alkoqol həmçinin stress hormonu olan kortizolun səviyyəsini yüksəldir. Bu isə narahatlığın artmasına, yuxu keyfiyyətinin pisləşməsinə və ümumi psixoemosional vəziyyətin zəifləməsinə səbəb olur.

Mütəxəssis vurğulayıb ki, bu mexanizmlərin anlaşılması alkoqol istifadəsinə daha şüurlu yanaşma baxımından vacibdir. Qısa müddətdə rahatlıq hissi yaratsa da, uzunmüddətli dövrdə alkoqol beynin fəaliyyətinə və emosional vəziyyətə mənfi təsir göstərə bilər.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
redaktor.az

2Mənbələr