AZ

“Hakimlərin səhvləri normaldır, bəs VAR?

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasında “Atletiko”ya uduzduqları oyunu şərh edib.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis 0:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Məğlub olduq, amma pis oynamadıq. Təslim olmamışıq. Qarşıda bir oyun var və şanslarımız olacaq.

Kubarsinin qovulması? Məncə, qırmızı vərəqə verilməyə bilərdi. Əmin deyiləm ki, qərar tam doğrudur. Başa düşmürəm ki, bəzi epizodlara nə üçün VAR müdaxilə etmir? Hakimlərin səhvləri normaldır, bəs VAR? “Atletiko”nun futbolçusunun əlinə top dəymişdi, amma nə  hakim gördü, nə də VAR.”

Komandalar arasındakı cavab oyunu aprelin 14-də Madriddə olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
futbolpress.az

1Mənbələr