ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Binəqədi Rayon Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Amid Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.Bizim.Media xəbər verir ki, hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə o, 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.İstintaq materiallarına görə, hadisə 2025-ci ildə, saat 14 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib.Belə ki, Bakı şəhərində yerləşən Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbinin 11-ci sinfində təhsil alan Amid Həsənov həmin məktəbin 10-cu sinif şagirdi, zərərçəkmiş Malik Lalayevlə (adı, soyadı şərtidir) küçədə qarşılaşıb.
Bu zaman təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin dostları ilə birlikdə ona baxmasını və söhbət zamanı əlinin cibində olmasını irad tutaraq ondan üzr istəməsini tələb edib. Lakin Malik bu tələbi yerinə yetirməkdən imtina edib. Bu da tərəflər arasında mübahisəyə səbəb olub.
Daha sonra Amid heç bir əsaslı səbəb olmadan, ictimai yer hesab edilən küçədə insanların olmasına baxmayaraq, cəmiyyət içərisində qəbul olunmuş etik davranış qaydalarına məhəl qoymayaraq özünü digər şəxslərdən üstün tutmaqla ictimai qaydanı kobud şəkildə pozub və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib.O, xuliqanlıq niyyəti ilə Malikə qarşı fiziki zor tətbiq edərək onun burun nahiyəsinə yumruq zərbələri endirib.Nəticədə zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişmiş sınığı, burun nahiyəsinin sola doğru deformasiyası, tənəffüsün pozulması və şişkinliklə müşayiət olunan xəsarətlər alıb.Beləliklə, təqsirləndirilən şəxsin əməli həm qəsdən sağlamlığa az ağır zərər vurma, həm də ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiqi ilə müşayiət olunan xuliqanlıq kimi qiymətləndirilib. (Pravda.az)Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.