AZ

Tramp İranla bağlı vacib elan verdi: iki kritik detal

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İran nüvə silahlarından imtina etməyə və Hörmüz boğazını açmağa razılaşıb”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Artıq çoxdan, bütün yalan ritorikaya rəğmən, razılaşdırılıb – nüvə silahı olmayacaq, Hörmüz boğazı isə açıq və təhlükəsiz olacaq. Əgər hər hansı bir səbəbdən razılaşma yerinə yetirilməsə, o zaman əvvəlkindən daha güclü, daha genişmiqyaslı və daha qüdrətli şəkildə atışma başlayacaq”, – Ağ Ev rəhbəri qeyd edib.

Lakin Tramp bu ehtimalın son dərəcə az olduğunu da vurğulayıb.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
globalinfo.az

1Mənbələr