AZ

İsrail atəşkəsdən sonra Livanda 254 nəfəri öldürdü, 1165 nəfəri yaraladı YENİLƏNİB

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

ABŞ və İran arasında atəşkəs əldə edildikdən sonra İsrailin hücumları nəticəsində Livanda azı 254 nəfər həlak olub, daha 1 165 nəfər yaralanıb.

Redaktor.az "Al Jazeera"yə istinadla xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsinin məlumatında deyilir.

***İsrailin Livanda həyata keçirdiyi genişmiqyaslı hava zərbələri nəticəsində ən azı 112 nəfər ölüb, 837 nəfər yaralanıb.

"The Times of Israel" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, zərbələr ölkənin müxtəlif bölgələrini, o cümlədən paytaxt Beyrutu əhatə edib və bu, münaqişə başlayandan bəri “Hizbullah”a qarşı ən geniş hücum dalğası olub.Ölənlər arasında mülki və ya silahlı şəxslər üzrə bölgü təqdim edilməyib.

Qeyd olunub ki, itkilərlə bağlı rəqəmlər yekun deyil və artacağı istisna edilmir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
redaktor.az

10Mənbələr