AZ

Tottenhem İngiltərə nəhənginin qapısıçına elçi düşüb

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Tottenhem" "Mançester Siti"nin qapıçısı Ceyms Traffordu transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Tottenhem" "İnter"in də maraq dairəsində olan Quqlielmo Vikarionun potensial əvəzedici kimi Traffordu nəzərdən keçirir.

"Tottenhem"dən başqa, "Aston Villa" və "Nyukasl" da "Siti"nin qapıçısını izləyir. 

Trafford bu mövsüm Canluici Donnarummanın əvəzedicisi kimi çıxış edir. Lakin kubok oyunlarında ardıcıl oyun təcrübəsi qazanıb. O, İngiltərə Liqa Kubokunun finalında "Arsenal" üzərində qələbə qazandıqları oyunda (2-0) əsas heyətdə yer alıb. 

Qeyd edək ki, 23 yaşlı Trafford bu mövsüm bütün turnirlərdə 14 oyun keçirib və yeddi görüşdə qapısını toxunulmaz saxlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
sport24.az

1Mənbələr