AZ

Sosial şəbəkədə tanış oldular, qadınla görüşünü çəkib ərinə göndərdi

Xaçmaz rayon sakini, 1992-ci il təvəllüdlü Səfər ər-arvadı intim görüntülərlə şantaj etməkdə ittiham olunub.

Publika.az "Teleqraf"a istinadla xəbər verir ki, o, zərərçəkmiş Fuadın həyat yoldaşı Günellə (adlar şərtidir - red.) 2019-cu ildən etibarən müxtəlif yerlərdə baş tutan intim münasibətləri zamanı çəkilmiş çılpaq foto və videogörüntüləri telefonunda saxlayıb.

Daha sonra həmin görüntüləri "WhatsApp" vasitəsilə Fuada göndərib. O, görüntüləri sosial şəbəkələrdə yayacağı və onu rüsvay edəcəyi ilə hədələyərək, 2021-ci il dekabrın 26-da metronun "Koroğlu" stansiyasının qarşısında qadından 2 000 manat alıb. Videoların köçürüldüyü yaddaş kartını Fuada təqdim edib.

Bununla kifayətlənməyən Səfər görüntüləri mobil telefonundan silmədiyini bildirərək, 2022-ci il yanvarın 5-də yenidən zəng edib və onların yayılmaması müqabilində 10 000 manat tələb edib.

Fuadın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında keçirilən əməliyyat nəticəsində Səfər saxlanılıb.

Seçilən
42
publika.az

1Mənbələr