AZ

“Fars”: İran ABŞ fond bazarına maliyyə alətləri olmadan təsir edir

BAKI, 9 aprel. TELEQRAF

İranın son addımları ABŞ-nin fond bazarına ciddi təsir göstərir.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, son həftələrdə İranla bağlı hadisələr, xüsusilə Hörmüz boğazı ətrafında baş verənlər və Tehrandan verilən rəsmi açıqlamalar Nyu-York birjasında indekslərin dəyişməsinə birbaşa təsir göstərir.

Agentlik bildirir ki, maliyyə analitiklərinin fikrincə, tarixdə ilk dəfədir ki, ayrı-ayrı dövlət ənənəvi maliyyə alətlərindən istifadə etmədən dünyanın ən böyük kapital bazarlarından birinin dinamikasına təsir edir.

Qeyd olunur ki, hazırda Uoll-stritdə fəaliyyət göstərən treyderlər qərar qəbul etməzdən əvvəl İranla bağlı xəbərləri izləyir və yalnız bundan sonra maliyyə addımları atırlar.

Seçilən
28
teleqraf.com

1Mənbələr