AZ

Rütte: ABŞ-nin bəzi NATO müttəfiqlərindən narazılığını başa düşürəm

BAKI, 9 aprel. TELEQRAF

NATO-nun baş katibi Mark Rütte ABŞ prezidenti Donald Trampın alyans daxilində bəzi ölkələrin fəaliyyətindən narazı qaldığını və bu mövqeni anladığını bildirib.

Teleqraf xəbər verir ki, Rütte bu barədə CNN telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Tramp xüsusilə İranla bağlı münaqişə fonunda bəzi müttəfiqlərin fəaliyyətindən məyus olub.

Rütte qeyd edib ki, buna baxmayaraq, Avropa ölkələrinin əksəriyyəti ABŞ üçün mühüm dəstək göstərib. O vurğulayıb ki, bu ölkələr hərbi bazalar, logistika və uçuş imkanları baxımından öhdəliklərini yerinə yetirərək faydalı olublar.

NATO baş katibi əlavə edib ki, ABŞ prezidenti ilə görüşü səmimi və açıq şəraitdə keçib və bu, “iki yaxşı dost arasında aparılan müzakirə” xarakteri daşıyıb.

Seçilən
52
teleqraf.com

1Mənbələr