AZ

Şeytan dedi ki, onu vur - Həmin münaqişədən danışdı

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Patris Evra “Liverpul”un keçmiş hücumçusu Luis Suareslə olan münaqişəsini xatırlayıb.

2011-ci ilin son matçında Suares Evranı “neqr” adlandırdı. İngiltərə Futbol Assosiasiyası onu 8 oyunluq cəzalandərdə və 40 min funt cərimə etdi.

Publika.az xəbər verir ki, Evra İngiltərə mətbuatına deyib:

“Çətin idi, çünki beynindəki mələk deyir ki, “Patris, heç nə etmə, çünki bu, dünyanın ən vacib matçlarından biridir”, amma sonra şeytan gəlib deyir ki, “Onun üzünə yumruq vur”. Öz-özünlə danışmağa başlayırsan. Əgər onu vursan, cani və pis nümunə olacaqsan. Ona görə də özünü idarə etməlisən.

Seçilən
93
publika.az

1Mənbələr