Türkiyə Super Liqasının 27-ci həftəsinin təxirə salınmış oyununda "Göztəpə" və "Qalatasaray" komandaları üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, "İZONEM Park Gürsel Aksel" stadionunda keçirilən görüşdə “Qalatasaray” 3:1 hesablı qələbə qazanıb.
"Sarı-qırmızılılar"ın qollarını Barış Alper Yılmaz, İlkay Gündoğan və Lemina vurublar. “Göztepe”nin heyətində isə Xuan fərqlənib.
Bu nəticədən sonra “Qalatasaray” xallarının sayını 67-yə çatdıraraq zirvə uğrunda mübarizədə fərqi 4 xala yüksəldib. “Göztəpə” isə 46 xalla qalıb.