ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran müharibədən bezib və sülh istəyir.
Senzor.az-ın məlumatına görə, bu barədə o, "Truth Social"da yazıb.
"Dünya Sülhü üçün böyük bir gün! İran bunun baş verməsini istəyir, onlar artıq cana doyublar! Eynilə digər hər kəs də!", - Tramp vurğulayıb.
ABŞ lideri əlavə edib ki, Birləşmiş Ştatlar Hörmüz boğazındakı nəqliyyat sıxlığı ilə bağlı kömək edəcək: "Çoxlu müsbət fəaliyyət olacaq! Böyük pullar qazanılacaq. İran yenidənqurma prosesinə başlaya bilər. Biz hər növ təchizatla yüklənəcəyik və hər şeyin yaxşı getdiyindən əmin olmaq üçün sadəcə "ətrafda olacağıq". Bunun belə olacağına əminəm. Eynilə ABŞ-da yaşadığımız kimi, bu, Yaxın Şərqin Qızıl Dövrü ola bilər!!!".