Türkiyənin 34 vilayətində eyni vaxtda keçirilən əməliyyatlarda 273 şübhəli haqqında cinayət işi başlanıb, 198 şübhəlinin barəsində həbs qərarı çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek sosial media paylaşımında bildirib.
Gürlek vurğulayıb ki, Prezident Ərdoğanın rəhbərliyi altında "Terrorsuz Türkiyə" devizinə uyğun olaraq terrorizmə qarşı mübarizə qanunun aliliyi çərçivəsində və qətiyyətlə davam etdiriləcək.