İran hökuməti Hörmüz boğazından keçən neft tankerlərindən hər barel üçün 1 dollar almaq niyyətindədir və həmçinin istənilən gəmini yoxlamaq imkanına malikdir.
"Unikal" xəbər verir ki, İranın Neft, Qaz və Neft-Kimya İxracatçıları Birliyinin sözçüsü Həmid Hüseyni Financial Times (FT) qəzetinə verdiyi açıqlamada rüsumun Bitcoin ilə toplanacağını vurğulayıb.
"İran boğazdan nəyin daşındığına nəzarət etməlidir ki, bu iki həftəlik atəşkəs silah daşınması üçün istifadə olunmasın", - deyə Hüseyni bildirib. O, istənilən gəminin körfəzdən keçə biləcəyinə zəmanət verib, lakin yoxlamaların "vaxt aparacağı" barədə xəbərdarlıq edib.
Hüseyni bildirib ki, hər bir tanker hakimiyyət orqanlarına yükü haqqında məlumat olan bir e-poçt göndərməlidir, bundan sonra İran onlara kriptovalyuta ilə ödəniləcək rüsum barədə məlumat verəcək. O qeyd edib ki, rüsum hər barel üçün 1 dollardır və boş tankerlərin sərbəst keçməsinə icazə verilir.
"Məktub alındıqdan və İran qiymətləndirməni başa çatdırdıqdan sonra gəmilərə Bitcoin ilə ödəmək üçün bir neçə saniyə vaxt veriləcək və bu da ödənişin sanksiyalar səbəbindən izlənilməməsi və ya müsadirə edilməməsi təmin ediləcək", - deyə Hüseyni əlavə edib.
O, icazəsiz tranzit etməyə çalışan hər hansı bir gəminin məhv ediləcəyi barədə də xəbərdarlıq edib.
1,5-2 milyon barel neft daşıya bilən böyük tankerlərdən əsasən Hörmüz boğazından neft daşımaq üçün istifadə olunur.
Nuranə Abbasova