AZ

“Lufthansa” aviaşirkətinin kabin heyəti birgünlük tətil edəcək

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Berlin, 8 aprel, AZƏRTAC

“Lufthansa” aviaşirkətinin kabin heyəti aprelin 10-da birgünlük tətil edəcək.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, uçuş bələdçilərinin həmkarlar ittifaqı “Lufthansa”nın əsas şirkətinin və regional törəmə şirkəti olan “Lufthansa CityLine”nin işçilərini birgünlük tətilə çağırıb. Tətil aprelin 10-da saat 00:01-dən 22:00-dək Frankfurt və Münxen aeroportlarındakı bütün “Lufthansa” uçuşlarına təsir edəcək. “CityLine”nin kabin heyəti Frankfurt və Münxenlə yanaşı, Hamburq, Bremen, Ştutqart, Köln, Düsseldorf, Berlin və Hannoverdə də işi dayandıracaq.

Tətil barədə həmkarlar təşkilatı ilə şirkət rəhbərliyi arasında danışıqların uğursuzluqla nəticələnməsindən sonra qərar verilib.

Qeyd edək ki, təxminən 19 min təyyarə bələdçisinin əmək şəraitinin yaxşılaşdırılması tələb olunur. İşçilər, xüsusilə iş qrafikinin optimallaşdırılmasını və işdən çıxarılma müddətlərinin uzadılmasını tələb edirlər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
azertag.az

3Mənbələr