Türkiyə futbolunda daim aktuallığını qoruyan legioner limiti ilə bağlı yeni xəbər var.
"Football-plus.az" xəbər verir ki, Türkiyə Futbol Federasiyasının daha öncə açıqladığı qərara əsasən 2026/27 mövsümündən ''10+4'' qaydası qüvvəyə minməli idi. Amma belə görünür, federasiya geri addım atmalı olacaq.
Superliqada çıxış edən 18 klubun ümumi bir tələbini nəzərə alan TFF bu mövsüm qüvvədə olan ''12+2'' qaydasının gələn mövsüm də qüvvədə qalmasına qərar verib! Ancaq kiçik bir dəyişiklik edilib. Bu mövsüm iştirak ərizəsinə salınan 14 əcnəbidən ən azı 2-si hökmən 2003-cü il və ya ondan sonrakı tarixdə doğulmuş futbolçular olmalı idi. Gələn mövsüm üçün 14 legionerdən artıq 4-ü 2004-cü il və ya ondan sonrakı tarixdə doğulmuş oyunçular olmalıdı idi. Amma federasiya 4 yox, yenə də minimum 2 belə futbolçu üçün şərt qoyub.
Qurum yeni alınacaq və göndəriləcək futbolçular baxımından klubları çətin vəziyyətdə qoymamaq, eləcə də FİFA-da dosyesi olan kollektivlərin daha da zərər görməməsi üçün bu addımı atıb. Rəsmi açıqlamanın qarşıdakı günlərdə veriləcəyi gözlənilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta