ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Rusiyanın Perm diyarının Dobryanka məktəbinin girişində müəlliməni bıçaqla öldürən 17 yaşlı məktəbli iki ay müddətinə həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "REN TV"yə Perm Diyar Məhkəməsindən məlumat verilib.
Qeyd edək ki, hücum aprelin 7-də baş verib. Müəllimə xəstəxanaya yerləşdirilib və sonradan aldığı xəsarətlərdən orada vəfat edib.
Medianın məlumatına görə, yeniyetmə polis qeydiyyatında olub. Onun dərsləri ilə bağlı ciddi problemləri var idi və müəllimə onu imtahanlara buraxmamağı planlaşdırırdı.
Hadisə ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") və 293-cü maddəsi ("Səhlənkarlıq") üzrə cinayət işi başlanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.