AZ

Mançester Siti nin qapıçısı Tottenhem in hədəfində

Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Mançester Siti"nin qapıçısı Ceyms Trafford Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Tottenhem" ingiltərəli qolkiperi transfer etmək istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

London klubu Traffordu yayda "İnter"ə keçəcəyi gözlənilən Qulyelmo Vikariyonun davamçısı kimi düşünür. Eyni zamanda, "Nyukasl" və "Aston Villa" da 23 yaşlı futbolçu ilə maraqlanır.

Qeyd edək ki, "Mançester Siti" Ceyms Traffordu mövsümün əvvəlində "Börnli"dən 31 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində 14 oyunda meydana çıxıb və qapısındda 10 qol görüb.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
2
sportal.az

3Mənbələr