AZ

“Borussiya Dortmund” Sançonu pulsuz transfer etmək niyyətindədir

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

“Borussiya Dortmund” heyətini hazırda icarə əsasında “Aston Villa”da oynayan “Mançester Yunayted”in hücumçusu Ceydon Sanço ilə gücləndirmək istəyir.

İdman.Biz bildirir ki, jurnalist Florian Plettenberq bu barədə sosial mediada məlumat verib.

“Hazırda bir çox oyunçunu qiymətləndiririk. Onlardan hər hansı birinin bizi daha güclü edə biləcəyini anlamağa çalışırıq. Buraya Ceydon da daxildir”, - Dortmund klubunun idarəedici direktoru Lars Riken Sport Bild-ə verdiyi müsahibədə bildirib.

İki tərəfin danışıqlar apardığı və bir çox digər klubların da Sanço ilə maraqlandığı bildirilir. Dortmunda qayıtmaq üçün onun maaşının azaldılması tələb olunacaq. Alman klubu mankunianlılarla hazırkı müqaviləsi gələn yaya qədər olan oyunçu üçün pulsuz transferi nəzərdən keçirir. İngilis futbolçu əvvəllər 2017-ci ildən 2021-ci ilə qədər “Borussiya”da, 2024-cü ildə isə “Mançester Yunayted”dən icarə əsasında oynayıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr