AZ

"Bu, Vaşinqton üçün faktiki olaraq məğlubiyyət deməkdir" - AÇIQLAMA

"ABŞ ilə İran arasında atəşkəsin əldə olunması prosessində hadisələrin təqdim olunan formada cərəyan etməsi şübhə doğurur və məsələyə fərqli baxış bucaqlarından yanaşmaq zərurəti yaradır. Belə görünür ki, əldə olunan atəşkəs kifayət qədər tələsik qəbul edilmiş bir qərardır. Bir tərəfdən Tramp administrasiyasının İrana qarşı aqressiv həmlələr etmək məcburiyyəti, digər tərəfdən isə İranın resurslarının müəyyən qədər tükənməsi tərəfləri Pakistanın vasitəçiliyi ilə ortaq məxrəcə gəlməyə sövq edib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi.

Onun sözlərinə görə, bu razılığın mərkəzində Trampın israrla tələb etdiyi Hörmüz boğazının açılması məsələsinin dayandığı ehtimal olunur:

"Lakin tərəflərin sülh və strateji razılıq baxımından real ortaq nöqtədə olduqlarını demək çətindir. İranın irəli sürdüyü 10 maddəlik bənd ABŞ-nin regiondan tamamilə çıxarılmasını və Tehranın bölgədə dominant qüvvəyə çevrilməsini nəzərdə tutur ki, bu da Vaşinqton üçün faktiki olaraq məğlubiyyət deməkdir".

Turab

Siyasi şərhçinin sözlərinə görə, ABŞ-nin bunlara qarşı mütləq alternativ təklifləri olacaq:

"Əgər hər iki tərəf öz ilkin şərtlərində bu dərəcə sərt israr etməyə davam edərsə, fundamental bir barışığın əldə olunması qeyri-mümkün görünür. Belə olan halda, qısa müddətli fasilədən sonra tərəflər arasında münaqişənin yenidən aktiv fazaya keçməsi qaçılmazdır".

Xədicə BAXIŞLI

Seçilən
51
redaktor.az

1Mənbələr