AZ

“Reuters”: İran Hörmüz boğazını qismən aça bilər

Bakı, 8 aprel, AZƏRTAC

Rəsmi Tehran Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İran rəsmiləri arasında Pakistanda keçiriləcək görüş ərəfəsində aprelin 10-da və 11-də Hörmüz boğazını məhdud və nəzarətli şəkildə aça bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən yüksək vəzifəli İran rəsmisi “Reuters” agentliyinə bildirib.

“Danışıqların çərçivəsi barədə razılığa gəlinərsə, boğaz məhdud şəkildə, İranın nəzarəti altında açıla bilər. İran hərbçiləri tərəfindən hərəkətlərin koordinasiyası bütün gəmilər üçün məcburi olacaq. Atəşkəs hələ də kövrək olaraq qalır, lakin biz davamlı sülhə üstünlük veririk, amma İran müharibəyə qayıtmaqdan da qorxmur”, - deyə o vurğulayıb.

Seçilən
18
5
azertag.az

6Mənbələr