AZ

Neftin kəskin ucuzlaşması Azərbaycana necə təsir edəcək? AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yaxın Şərqdə iki həftəlik atəşkəs qlobal maliyyə bazarlarını ciddi hərəkətə gətirib. Donald Tramp Hörmüz boğazının yenidən açılacağını və İranla razılaşma əldə edildiyini elan edərək enerji daşıyıcılarının qiymətində kəskin enişə səbəb olub. Uzun müddət davam edən gərginlik fonunda rekord səviyyələrə çatan neft qiymətləri bu bəyanatdan sonra sürətlə ucuzlaşıb.Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hələlik neftin qiymətində kəskin ucuzlaşma müşahidə olunmayıb, buna görə də Azərbaycan nefti və ölkənin gəlirləri hələlik ciddi təsir altına düşməyib:"Əksinə, yaxın Şərqdə baş verən müharibə və gərginlik fonunda neft qiymətlərinin yüksək qalması Azərbaycana əvvəlcədən proqnozlaşdırılandan daha çox gəlir gətirib və ilin sonuna qədər də əlavə maliyyə resursları təmin edəcək. Ölkəyə təxminən 1–1,2 milyard dollar əlavə gəlir daxil olacaq ki, bu da əvvəlcədən planlaşdırılan göstəricidən xeyli artıqdır".Ekspert bildirib ki, hələlik neftin ucuzlaşmasından danışmaq üçün tezdir:"Hazırda neftin qiyməti 92–94 dollar civarındadır və bu səviyyə Azərbaycan üçün stabil və yüksək gəlir mənbəyi olaraq qalır. Hətta qiymətlər 70–80 dollar civarına düşsə belə, bu Azərbaycan üçün kifayət qədər müsbət göstərici hesab olunur, çünki ölkənin büdcəsi və valyuta ehtiyatları neft gəlirlərindən asılıdır. Belə vəziyyət həm dövlət xərclərinin təmin olunmasına, həm də iqtisadi sabitliyin qorunmasına imkan yaradır, əlavə olaraq, strateji layihələrin maliyyələşdirilməsində də mühüm rol oynayır".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
demokrat.az

1Mənbələr