AZ

Noyer “Real”la oyunda rekorda imza atıb

Yazını böyüt
Yazını kiçilt

“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasında diqqətçəkən göstəriciyə imza atıb.

Hafta.az xəbər verir ki, almaniyalı qolkiper 1/4 finalda “Real”a qarşı səfər oyununda (2:1) 9 qurtarış edib. Bununla o, “Santyaqo Bernabeu”da pley-off mərhələsində “Real”a qarşı bir matçda ən çox qurtarış edən ilk qapıçı olub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 15-də “Münhen Arena”da keçiriləcək.

Xatırladaq ki, “Real” 1/8 finalda “Mançester Siti”ni ümumi hesabla 5:1, “Bavariya” isə “Atalanta”nı 10:2 hesabı ilə mübarizədən kənarlaşdırıb.

Seçilən
0
5
hafta.az

6Mənbələr