AZ

Qadın soyuducudan yeməyin yoxa çıxdığını gördü: gözlənilməz oğrular VİDEO

ain.az, Lent az portalına istinadən məlumat verir.

Bir qadın soyuducusundan mütəmadi olaraq yeməyin yoxa çıxdığını görərək gizli kamera quraşdırıb və “oğruların” kim olduğunu üzə çıxarıb. Məlum olub ki, bu “oğrular” onun öz evindəki pişikləri imiş.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ev sahibi bir müddət ərzində əridilmiş çiy ət parçalarının yoxa çıxdığını görsə də, bunun necə baş verdiyini anlaya bilmirdi. Nəhayət, o, məsələni araşdırmaq üçün kamera quraşdırmağa qərar verib. Məlum olub ki, bu “oğurluğun” arxasında onun ev heyvanları dayanır.

TikTok-da rascal_catts istifadəçisinin paylaşdığı videoda qara və ağ pişiyin dondurucunun dəstəyinə çıxaraq qapını açmağa çalışdığı görünür. Digər pişiklər isə sanki “əməliyyatı” qoruyurmuş kimi yanında dayanır. Heyvanların cəhdlərinə baxmayaraq, soyuducu açılmayıb çünki qadın əvvəlcədən qapını bağlamışdı. Lakin bu, pişikləri dayandırmayıb. Onlar insanı görəndə dərhal heç nə olmamış kimi davranaraq müxtəlif istiqamətlərə qaçıblar.

Video qısa zamanda viral olub və 12,8 milyondan çox baxış toplayıb. İstifadəçilər şərhlərdə öz ev heyvanlarının oxşar “ağıllı” davranışları ilə bağlı hekayələrini paylaşıblar. Bir çoxları qeyd edib ki, bu cür davranış pişiklər üçün qeyri-adi deyil, çünki onlar yemək məsələsində olduqca hiyləgər və bacarıqlı ola bilirlər. Digərləri isə bu “tüklü oğruların” planından təəccübləndiklərini etiraf ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
lent.az

1Mənbələr