AZ

Dağıstanda aramsız yağışlar: 6 min ev su altında qaldı, ölü sayı artdı

Dağıstanda güclü yağışlardan sonra baş verən daşqınlar nəticəsində ölənlərin sayı altıya çatıb.

Publika.az xəbər verir ki, daşqınlar 6000-dən çox evin su altında qalmasına və ən azı bir çoxmərtəbəli binanın uçmasına səbəb olub.

Vəziyyət daha da pisləşə bilər, çünki bölgədə üçüncü daşqın dalğası gözlənilir.

Xatırladaq ki, Dağıstan güclü yağışlardan sonra baş verən daşqınların nəticələri ilə mübarizə aparır. 28 mart və 4-5 aprel tarixlərində yağan güclü yağışlar təxminən iyirmi rayonda evlərin, yolların, elektrik yarımstansiyalarının su altında qalmasına və elektrik kəsintilərinə səbəb olub. Hakimiyyət orqanları Mahaçqala, Xasavyurt, Buynaksk, Dağıstanskiye Oqni, Kaspiysk, eləcə də Dərbənd, Karabudaxkent, Qumbetovski, Babayurtovski, Novolakski və Kaytağ rayonlarında fövqəladə vəziyyət elan edib. Minlərlə insan bu bölgələrdən təxliyə edilib.

Seçilən
15
publika.az

1Mənbələr