AZ

ISW: Putin üsyandan qorxur deyə, təmizləmələrə başlayıb...

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yerli məmurlar günah keçisinə çevrilir...

...Kreml Rusiyanın üç strateji əhəmiyyətli bölgəsinin – Belqorod, Bryansk və Dağıstan Respublikasının rəhbərlərini dəyişdirmək üçün gizli hazırlıqlara başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) mütəxəssisləri Rusiya hökumətindəki mənbələrə istinadən bildiriblər.

...Üç məlumatlı mənbə qubernator Qladkov, Boqomaz və Melikovun dəyişdirilməsinin müzakirə olunduğunu təsdiqləyib.

Həmçinin qeyd olunur ki, Belqorod və Bryansk bölgələri Ukrayna ilə həmsərhəddir.

Qladkovun mümkün istefasının rəsmi səbəbi sağlamlıqdır. Lakin Rusiya hərbi bloqçuları fərqli bir nəzəriyyə irəli sürürlər: qubernator sərhəd bölgələrində internet və Telegram xidmətlərinin bağlanmasını tənqid etdikdən sonra şayiələr yayılmağa başlayıb.

ISW analitikləri qeyd edirlər ki, məhz bu, Qladkovun mövqeyinin kəskin şəkildə pisləşməsinə səbəb olub.

ISW ekspertləri hesab edirlər ki, Moskva təhlükəsizlik sahəsindəki uğursuzluqlara görə məsuliyyəti yerli məmurların üzərinə atmağa çalışır.

Hesabatda deyilir ki, “...Kreml 2024-cü ildə Ukraynanın Kursk bölgəsinə işğalına və 2023 və 2024-cü illərdə sərhədyanı basqınlara adekvat reaksiya verə bilmədiklərinə görə yerli məmurları günahlandıra bilər”.

Qubernator Aleksey Smirnovun yerinə keçdiyi Kursk bölgəsində də oxşar ssenari baş verib.

Qladkov və Boqomaz da vəzifələrindən uzaqlaşdırılarsa, bu, Ukraynanın şimalı ilə həmsərhəd olan bütün bölgələrdə rəhbərliyin tamamilə dəyişdirilməsi demək olacaq.

Analitiklər qeyd edirlər ki, dəyişikliklərin əsas məqsədi daimi atəş təhlükəsi altında yaşayan sərhəd bölgələrinin sakinləri arasında narazılıqlar fonunda etiraz səsverməsi riskini minimuma endirməkdir.

ISW ekspertləri belə bir nəticəyə gəliblər ki, "Kreml 2026-cı ilin sentyabr seçkilərindən əvvəl sərhəd bölgələrindəki narazılığı Rusiya prezidentindən və hakim partiyadan yayındırmağa ümid edir".

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
sia.az

2Mənbələr