Niderlandın “Ayaks” klubu Avstriyanın LASK komandası ilə strateji əməkdaşlığa başlayıb.
QOL.az xəbər verir ki, tərəflər gənc futbolçuların kəşfi və inkişafı sahəsində təcrübə mübadiləsi aparacaq. Müqavilə eksklüziv deyil və daha geniş əməkdaşlıq imkanlarını əhatə edir.
Qeyd edək ki, “Ayaks” bu addımı beynəlxalq şəbəkəsinin gücləndirilməsi baxımdan vacib mərhələ kimi dəyərləndirir. Razılaşmaya əsasən, LASK klubun metodologiyasından yararlanacaq və oyunçu inkişafı istiqamətində birgə fəaliyyət göstəriləcək. Əməkdaşlıq həm də kommersiya sahəsini əhatə edəcək.