AZ

Ukrayna və Azərbaycan XİN başçıları arasında telefon danışığı olub

BAKI, 8 aprel. TELEQRAF

Ukrayna və Azərbaycanın xarici işlər nazirləri Andrey Sibiqa və Ceyhun Bayramov ikitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə ediblər.

Teleqraf xəbər verir ki, Sibiqa bu barədə "X" hesabında yazıb.

"Azərbaycanlı həmkarım Ceyhun Bayramovla telefon danışığım oldu. İkitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə etdik, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bir daha təsdiqlədik", - Sibiqa bildirib.

Seçilən
15
1
teleqraf.com

3Mənbələr