İspaniyanın Baş naziri Pedro Sançez sosial media hesabı vasitəsilə ABŞ və İran arasında 15 günlük atəşkəs barədə açıqlama yayıb.
"Atəşkəslər həmişə yaxşı xəbərdir, xüsusən də ədalətli və davamlı sülhə gətirib çıxararsa. Lakin bu ani rahatlama xaosu, dağıntıları və itkiləri silə bilməz. İspaniya hökuməti dünyanı oda atanları bir vedrə su ilə gəldiklərinə görə alqışlamayacaq" – deyə Sançezin paylaşımında bildirilir.
Sançez vurğulayıb ki, indi ehtiyac duyulan şey diplomatiya, beynəlxalq hüquq və sülhdür.
Tahir TAĞIYEV