AZ

I Liqa: Baku Sportinq dən inamlı qələbə, Cəbrayıl 3 xalı 3 qolla qazandı

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Bu gün Azərbaycan I Liqasında 21-ci tur start götürüb. 

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış günündə iki qarşılaşma baş tutub. 

"Baku Sportinq" Buzovnada MOİK-i sınağa çəkib. Bakı komandalarının duelindən "Baku Sportinq"  qalib ayrılıb.

Eyni vaxtda start götürən "Cəbrayıl" - "Zaqatala" matçı isə Şamaxıda təşkil olunub. Cavid Hüseynovun rəhbərlik etdiyi "Cəbrayıl" çətin qələbəyə sevinib.

Turun qalan üç oyunu 9 apreldə keçiriləcək.

Azərbaycan I Liqası

XXI tur

8 aprel

“Baku Sportinq” – MOİK 3:1

Qollar: P.Alveş, 12-pen, 45-pen. İ.Allahverdiyev. - S.Fərəcov,90+2.

Hakimlər: Alik Yunusov, Aydın Bəxşiyev, Məmmədəli Kərimov, Nazim Abdullayev.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Buzovna. Qəsəbə stadionu, 15:30

“Cəbrayıl” – “Zaqatala” 3:2

Qollar: S.Hüseynli, 14. A.Eli, 51. D.Açimi, 87. - R.Həsənov, 50-öz qapısına. R.İsmayılov.

Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Niyaz Əhmədov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
fanat.az

8Mənbələr