AZ

SOCAR-ın "Azəriqaz" İB rəhbərliyi vətəndaşları bu dəfə Laçın rayonunda qəbul edəcək

SOCAR-ın "Azəriqaz" İB rəhbərliyi vətəndaşları bu dəfə Laçın rayonunda qəbul edəcək.

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu 10 aprel saat 11:00-da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında (Ünvan: Laçın şəhəri, H. Əliyev küçəsi 96) baş tutacaq.

Görüş zamanı Laçın rayonundan olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel: 050-844-40-03; 050-844-40-41) müraciət edə bilərlər.

Seçilən
7
9
turkustan.az

10Mənbələr