AZ

Atəşkəsdən sonra enerji bazarında böyük oyun başladı: bizi nə gözləyir?

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəsi elan etməsi qlobal enerji bazarlarına da təsir göstərib. Belə ki, Brent neftinin ən ucuz partiyası 91.78 dollara satılıb, Avropada qaz qiymətləri isə təxminən 100 dollar ucuzlaşıb. 

Atəşkəs maliyyə bazarına necə təsir edəcək? Hansı sahələr üçün risk gözlənilir?

Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, dövlət büdcəsinin əsas gəliri neftdən formalaşan ölkələrdə atəşkəs və ya sülh razılaşması rəsmi olsa belə, investorlar üçün riskləri tam aradan qaldırmır:

“ABŞ və İran arasında iki həftəlik atəşkəs elan edilsə də, risklər hələ də qalmaqdadır. Atəşkəsin olması avtomatik olaraq enerji qiymətlərinin enəcəyi anlamına gəlmir. Hazırda enerji qiymətləri artıb və idxalçı ölkələrdə bu artım 20-25 faiz səviyyəsində müşahidə olunur. Atəşkəs real, davamlı və uzunmüddətli olarsa, enerji və maliyyə bazarlarında sabitlik bərpa oluna bilər. Bu halda qiymətlərin müəyyən qədər ucuzlaşması mümkündür ki, bu da sektorun davamlı inkişafına müsbət təsir göstərər. Lakin qeyri-müəyyənlik şəraitində investorların və səhmdarların geri çəkilməsi riski qalır ki, bu da bazarda əlavə dalğalanmalara səbəb olur”.

Günay Hüseynova

İqtisadçı bildirib ki, İran kimi enerji ixracatçısı ölkələrə xarici investor marağı yüksək olsa da, müvəqqəti atəşkəs bu marağın zəifləməsinə gətirib çıxara bilər:

“Hətta atəşkəs müddəti uzadılsa belə, uzunmüddətli perspektivdə regionda gərginliyin qalması enerji bazarlarında təzyiqi artıraraq qiymətlərin yenidən yüksəlməsinə şərait yaradır. ABŞ və İran arasında atəşkəsin Azərbaycan iqtisadiyyatına təsirinə gəldikdə isə, belə vəziyyətlər adətən ölkə üçün əlverişli olur. Qlobal bazarda neft qiymətlərinin artması Azərbaycanın ixrac gəlirlərini yüksəldir və ölkəyə əlavə valyuta axınını təmin edir”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
globalinfo.az

1Mənbələr