Səudiyyə Ərəbistanında Ərəbistan yarımadasından keçən və Qırmızı dəniz vasitəsilə neft ixracı üçün istifadə olunan "East-West" ("Petroline") boru kəmərinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Financial Times" nəşri mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, PUA neft nasos stansiyalarından birini vurub. Zərərin miqyası hazırda qiymətləndirilir.
Uzunluğu 1,2 min km olan bu boru kəməri Hörmüz boğazında gəmiçiliyin dayandırılmasından sonra Səudiyyə Ərəbistanı üçün həyati əhəmiyyət kəsb edib./Report
Telegram kanalımız