JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucla görüşüb.

Görüşdə qonağa ölkəmizdə insan hüquq və azadlıqlarının təmininə xüsusi önəm verildiyi bildirilib, bu istiqamətdə ardıcıl islahatların həyata keçirildiyi qeyd olunub.

Eyni zamanda, Azərbaycan və Slovakiya arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi diqqətə çatdırılıb.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX