AZ

"Yaşı 15-dən aşağı olanların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək" - Mitsotakis

Gələn il yanvarın 1-dən Yunanıstanda yaşı 15-dən aşağı olanların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.

O, bu qərarı azyaşlılarda yuxu və digər psixoloji problemlərlə əsaslandırıb.

Mitsotakisin sözlərinə görə, sosial şəbəkə aludəçiliyi azyaşlıların zehinlərinin dincəlməsinə mane olur və davamlı müqayisə, onlayn şərhlər onların üzərində böyük təzyiqin yaranmasına səbəb olur.

Qeyd edək ki, fevral ayında “ALCO” tərəfindən aparılan araşdırmaya görə, Yunanıstanda əhalinin 80%-i bu qadağanın tətbiqini dəstəkləyir.

Bundan əvvəl Avstraliya 16 yaşına çatmamış şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu qəbul edib.

Seçilən
0
4
redaktor.az

5Mənbələr