AZ

ABŞ və İranın bu atəşkəsə ehtiyacı var Siyasi şərhçi

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"ABŞ və İran arasında danışıqların başlaması, irəli sürülən şərtlərin İran tərəfindən diktə olunan kimi təəssürat yaratması əslində normal hal kimi görünmür".

Bu fikirləri Redaktor.az-a siyasi şərhçi Azər Qasımov İranın ABŞ Prezidenti Donald Trampın atəşkəs təklifini qəbul etməsindən danışarkən bildirdi.

"Danışığa başlanması onu göstərir ki, ABŞ Prezidenti Donald Trampın iddia etdiyi kimi İranı daş dövrünə qaytaracağı hücumun son məqamında baş tutmaması, tərəflərin burada böyük çəkinmələrinin olduğunu göstərdi. İki tərəf də bunu istəmirdi. Çünki nəticələri iki tərəf üçün ağır olacaqdı və geri dönüşü olmayan proseslərə start verəcəkdi. Amma hər hansı səbəbdən olursa-olsun, bu yaxşı haldır. Ümid etmək olar ki, bu, atəşkəs uzunmüddətli sülhlə nəticələnəcək. Taktiki olaraq hər iki tərəfin bu atəşkəsə ehtiyacı var. Daimi sülh üçün vəziyyətin ümidverici olmadığı qənaətində olsam da, ümid edirəm ki, regiona birdəfəlik sülh gələcək".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
redaktor.az

2Mənbələr