AZ

Basketbol Liqasında 1/4 final oyunlarının təqvimi açıqlandı

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin 1/4 final görüşlərinin təqvimi açıqlanıb.

Apasport.az xəbər verir ki, 13 apreldə saat 17:00-da “Neftçi” - NTD, saat 20:00-da isə “Ordu” - “Gəncə” qarşılaşmaları baş tutacaq.

14 apreldə saat 17:00-da “Abşeron Lions” - “Şəki”, saat 20:00-da isə “Sabah” - “Naxçıvan” oyunu keçiriləcək.

Cavab matçları 16-17 aprel tarixlərinə təsadüf edəcək.

16 apreldə saat 14:00-da “Gəncə” - “Ordu”, saat 19:00-da NTD - “Neftçi” görüşləri oynanılacaq.

17 apreldə saat 14:00-da “Şəki” - “Abşeron Lions”, saat 19:00-da isə “Naxçıvan” - “Sabah” matçı keçiriləcək.

Qeyd edək ki, komandalar yarımfinala vəsiqə uğrunda mübarizə aparacaqlar.

NTD “Sumqayıt”ı məğlub etdi

“Naxçıvan”dan növbəti qələbə

Şəhriyar Əsgərov: "Cavab matçında daha yaxşı nəticə göstərməyə çalışacağıq"

“Sabah” “Astana” ilə qarşılaşacaq

Pley-in mərhələsinin oyun cədvəli açıqlanıb

Seçilən
11
2
apasport.az

3Mənbələr