AZ

“İnstagram“da pul qazanmağın yeni yolu açılır - Yeni funksiya gəlir

"İnstagram" kontent yaradıcısı olan istifadəçilər üçün yeni qazanc funksiyası elan edib. Platformanın açıqlamasına görə, yaxın həftələrdə “Reels” videolarına affiliate, yəni tərəfdaşlıq əsasında satış linkləri əlavə etmək mümkün olacaq. Bu link vasitəsilə məhsul alan izləyicinin alışından müəllif komissiya qazanacaq.

"Yeni Sabah" xəbər verir ki, yeni sistemin mahiyyəti sadədir: müəllif videoda hansısa məhsulu göstərəcək, həmin məhsula keçid linki əlavə edəcək, izləyici də birbaşa videodan məhsula keçə biləcək. Beləliklə, əvvəlki kimi ayrıca “bio” hissəsinə link yerləşdirməyə ehtiyac azalacaq. Xarici media yazır ki, bu funksiyanın məqsədi məhsul tanıtımını birbaşa videonun içində daha rahat etməkdir.

“The Verge”in yazdığına görə, "İnstagram"da bir “Reels” videosuna 30-a qədər məhsul əlavə etmək mümkün olacaq. Bununla yanaşı, məhsulların "Meta"nın ticarət kataloqunda qeydiyyatda olması tələb olunur. Nəşr bildirir ki, bu yenilik "TikTok Shop" modelinə bənzər şəkildə sosial şəbəkədə alış-veriş imkanlarını genişləndirir.

Xarici mənbələrdə qeyd olunur ki, "Meta" bu addımla həm müəlliflərin qazanc imkanlarını artırmaq, həm də platformada satış mexanizmini gücləndirmək istəyir.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Seçilən
50
yenisabah.az

1Mənbələr