AZ

İlon Mask ChatGPT yaradıcısını məhkəməyə verir

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məşhur milyarder İlon Mask "OpenAI" şirkəti ilə davam edən məhkəmə çəkişməsi çərçivəsində qurumun baş direktoru Sem Altmanın vəzifəsindən uzaqlaşdırılmasını tələb edir.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Xatırladaq ki, 2024-cü ildə Mask populyar "ChatGPT" süni intellekt sistemini yaradan "OpenAI" şirkətinə qarşı iddia qaldıraraq rəhbərliyi qeyri-kommersiya missiyasından yayınmaqda ittiham etmişdi. Ötən çərşənbə axşamı iş adamı Kaliforniya Məhkəməsinə əlavə sənədlər təqdim edib. O bildirib ki, məhkəmə iddiasının əsas məqsədi şirkətin ilkin qeyri-kommersiya statusunu qaytarmaq, eyni zamanda, Sem Altman və Qreq Brokmanı tutduqları vəzifələrdən kənarlaşdırmaqdır.

Bununla yanaşı, İlon Mask məhkəmə tərəfindən hər hansı maliyyə kompensasiyası təyin olunarsa, həmin vəsaitin "OpenAI"ın qeyri-kommersiya bölməsinə köçürülməsini tələb edib. "Maskın tələb etdiyi maddi təzminat birbaşa olaraq bu prosesin əsas hədəflərinə xidmət edir. Məqsəd onun quruluş mərhələsində yaratdığı və maliyyələşdirdiyi xeyriyyə təşkilatının şəxsi, kommersiya maraqlarına xidmət edən quruma çevrilməsinə imkan verməməkdir", - deyə agentlik məhkəmə materiallarına əsaslanaraq qeyd edib.

Milyarder bu yeni hüquqi sənədləri, "OpenAI" rəhbərliyinin Kaliforniya və Delaver ştatlarının baş prokurorlarına müraciət edərək Maska qarşı təhqiqat başladılmasını tələb etməsindən bir gün sonra təqdim edib. Süni intellekt şirkəti Maskı onların fəaliyyətini əngəlləmək məqsədi daşıyan qərəzli kampaniyada günahlandırıb. Həmçinin "OpenAI" tərəfi Maskın hərəkətlərini "azad rəqabət qaydalarına zidd və qəbuledilməz davranış" kimi qiymətləndirir.

Mənbənin məlumatına görə, İlon Mask və "OpenAI" arasında baş tutacaq hüquqi proses üçün münsiflər heyətinin seçiminə aprel ayında start veriləcəyi planlaşdırılır. Sözügedən işə ABŞ-nin Kaliforniya ştatında yerləşən Oklend Dairə Məhkəməsində baxılacağı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
3
oxu.az

4Mənbələr