AZ

Toyunda ona taxılan 5 kilo qızılla küçədə GƏZDİ VİDEO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial media fenomeni Aleyna Dalveren yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, o, iş adamı Fatih Erdem ilə evləndikdən sonra toyunda ona ümumilikdə 5 kiloqram qızıl taxılması ilə uzun müddət müzakirə olunmuşdu. Fenomen həmin zinət əşyalarını tez-tez sosial şəbəkə hesablarında nümayiş etdirməklə diqqət çəkməyə davam edir.

Bu dəfə isə Aleyna Dalveren qızıllarını üzərində taxaraq küçəyə çıxıb. Onu bu halda görən insanlar təəccübünü gizlədə bilməyib, həmin anlar ətrafdakıların maraqlı baxışlarına səbəb olub.

Görüntülər qısa zamanda sosial mediada yayılıb və müxtəlif reaksiyalar doğurub. Bəziləri fenomenin dəbdəbəli həyat tərzini maraqla izləsə də, digərləri bu addımı diqqət çəkmək üçün atılmış addım kimi qiymətləndirib.

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
news.milli.az

2Mənbələr