AZ

Azərbaycan turizmin inkişafına görə ön sıralara yüksəldi

MDB ölkələrində beynəlxalq turizmin artım tempi dünya üzrə orta göstəricidən iki-üç dəfə yüksəkdir. Turizmin dayanıqlı inkişafı baxımından Birliyin liderləri Rusiya, Azərbaycan və Belarus olub.

Bizim.Media xəbər verir ki, bu barədə MDB Baş katibinin birinci müavini İqor Petrişenko IV Belarus-Rusiya Turizm Konqresinin açılışında bildirib.

Onun sözlərinə görə, ötən ilin yekunlarına əsasən, dünyada beynəlxalq turizm ümumilikdə 4 faiz artıb.
 

“Bu fonda MDB regionu daha yüksək dinamika nümayiş etdirir. Burada artım tempi dünya üzrə orta göstəricidən iki-üç dəfə çoxdur. Bununla yanaşı, artım baxımından mütləq lider daxili turizmdir. Turizm elə bir sahədir ki, 50-dən çox iqtisadi fəaliyyət növünü özündə birləşdirir”, - deyə Petrişenko vurğulayıb.


O qeyd edib ki, MDB məkanında turizm yalnız aktiv istirahət sənayesi deyil, həm də iqtisadi və sosial-mədəni inteqrasiyanın mühüm alətidir.

MDB Baş katibinin birinci müavini əlavə edib ki, ötən ilin nəticələrinə görə Belarus turizmin dayanıqlı inkişafı baxımından MDB-nin ilk üç ölkəsi sırasına daxil olub. Birinci yerdə Rusiya, ikinci yerdə isə Azərbaycan qərarlaşıb. (TASS)

Bizim.Media

Seçilən
15
2
bizim.media

3Mənbələr