AZ

Trend BİA və Qazaxıstan nümayəndə heyəti arasında görüş keçirilib (FOTO)

Bakı.Trend:

Aprelin 7-də Trend İnformasiya Agentliyinin baş ofisindəQazaxıstan Respublikasından olan nümayəndə heyəti ilə görüşkeçirilib.

Trend xəbər verirki, görüşdə Trend BİA-nin direktoru İlqar Hüseynov və Trend BİA-nindirektor müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasınınüzvü, millət vəkili Sevil Mikayılova iştirak ediblər.

Qazaxıstan tərəfini ölkənin mədəniyyət və informasiya üzrəvitse-naziri Rüstəm Əli, Beynəlxalq İnformasiya Komitəsinin sədriErlan Jetibayev, həmçinin Qazaxıstan Respublikasının AzərbaycanRespublikasındakı səfirliyinin attaşesi Temirlan Baxıtjan təmsilediblər.

Görüş zamanı müasir dünyada kütləvi informasiya vasitələrinininkişafı məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. TrendBİA-nin nümayəndələri agentliyin fəaliyyəti və həyata keçirdiyilayihələr barədə qazaxıstanlı həmkarlarını ətraflıməlumatlandırıblar.

Qonaqlar isə öz növbələrində Qazaxıstanda media siyasəti vətəşəbbüslər barədə məlumat veriblər.

Tərəflər beynəlxalq informasiya məkanında Azərbaycan vəQazaxıstan KİV-in qarşılıqlı olaraq dəstəklənməsinin vacibliyiniqeyd edərək iki ölkə arasında informasiya tərəfdaşlığınıngücləndirilməsinin zəruriliyini vurğulayıblar.

Müzakirələrin yekununda gələcəkdə birgə layihələrin həyatakeçirilməsi imkanları da daxil olmaqla, fəal əməkdaşlığın davametdirilməsi barədə qərar qəbul olunub.

Trend
Trend
Trend
Trend
Trend
Trend
Trend
Trend
Trend
Trend
Məqalədə:
Seçilən
37
4
az.trend.az

5Mənbələr