AZ

ABŞ-nin müdafiə naziri: İranın raket proqramı “məhv edilib” » AzadMedia.az

ABŞ-nin

ABŞ-ın müdafiə naziri Pit Hegset bildirib ki, Vaşinqton İran üzərində həlledici hərbi üstünlük əldə edib və Tehranın raket proqramı faktiki olaraq məhv edilib. Bu barədə Reuters məlumat yayıb.

Nazir çərşənbə günü jurnalistlərə açıqlamasında qeyd edib ki, ABŞ-ın həyata keçirdiyi əməliyyatlar nəticəsində İranın hərbi potensialına ciddi zərbə vurulub.

Hegsetlə birlikdə çıxış edən ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn isə bildirib ki, ABŞ-ın İranda qarşıya qoyduğu hərbi məqsədlər yerinə yetirilib.

Açıqlamalar ABŞ prezidenti Donald Tramp administrasiyasının İrana qarşı tammiqyaslı hücum planından geri çəkilməsindən bir gün sonra səsləndirilib. Qeyd edək ki, Tramp çərşənbə axşamı axşam saatlarında – Tehrana Hörmüz boğazını açmaq üçün verdiyi ultimatumun bitməsinə iki saat qalmış bu qərarı verib.

Hegset vurğulayıb ki, Hörmüz boğazı hazırda açıqdır və ABŞ hərbi qüvvələri atəşkəs rejiminə əməl olunmasını təmin etmək üçün Yaxın Şərqdə mövcudluğunu davam etdirəcək.

General Keyn isə əlavə edib ki, mövcud atəşkəs yalnız müvəqqəti fasilə xarakteri daşıyır və ABŞ qüvvələri lazım gəldiyi təqdirdə hərbi əməliyyatları yenidən başlamağa hazırdır.

Seçilən
33
1
azadmedia.az

2Mənbələr