AZ

BŞTİ-nin müdir müavini vəzifəsinə təyinatlar oldu

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinatlar həyata keçirilib..

Poliqon xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun əmrinə əsasən Fəttah Fəttayev və Turanə Məcidli BŞTİ-nin müdir müavini vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, Fəttah Fəttayev 1997-2019-cu illərdə Bakı Slavyan Universitetinin nəzdində Məktəb-Lisey Kompleksində pedaqoji fəaliyyətlə məşğul olub. 2019-2026-ci illərdə Bakı şəhəri 161 və 214 nömrəli tam orta ümumtəhsil məktəblərində direktor vəzifəsində fəaliyyət göstərib.

2012-ci ildə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olub, 2016-cı ildə Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülüb, 2023-cü ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib. 10-dan artıq elmi məqalənin, 8 kitabın, o cümlədən 6 dərs vəsaitinin müəllifidir. 

Turanə Məcidli 2015-ci ildən pedaqoji fəaliyyətə başlayıb. Bakı şəhəri 329 nömrəli tam orta ümumtəhsil məktəbində və Bakı Modern Təhsil Kompleksində kimya müəllimi işləyib.

2022-ci ildə Bakı şəhəri 106 nömrəli tam orta ümumtəhsil məktəbində direktor müavini, 2023-2025-ci illərdə 2 nömrəli Texniki-humanitar liseydə direktor vəzifələrində çalışıb. 2024-cü ildən Azərbaycan Respublikasının Təhsil İnstitutunda "Təhsilin təşkili və planlaşdırılması" ixtisası üzrə doktorantura təhsili alır. 2025-ci ildən BŞTİ-də Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib.

Poliqon.info

Seçilən
10
13
poliqon.info

10Mənbələr