AZ

Tramp qisas almaq istəyir! İranı dəstəkləyən ölkələri cəzalandıracaq

ain.az, Turkstan.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs danışıqları ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Tramp ABŞ-ın təqdim etdiyi 15 şərtin böyük hissəsi üzrə razılıq əldə olunduğunu bildirib. O qeyd edib ki, İranla tariflər və sanksiyaların yumşaldılması istiqamətində danışıqlar davam edir və bu proses yaxın zamanda yekunlaşa bilər.

Bundan qısa müddət sonra ikinci açıqlama ilə çıxış edən Tramp İrana hərbi dəstək verən ölkələrə qarşı sərt tədbirlərin görüləcəyini vurğulayıb. Onun sözlərinə görə, İrana silah tədarük edən hər hansı ölkə dərhal 50 faizlik tariflə üzləşəcək və bu məsələdə heç bir istisna tətbiq olunmayacaq.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr