ABŞ çoxlu qan, pul və nüfuz sərf etdi ki, İran strateji cəhətdən güclü olsun.
Herbiand.az bildirir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Ned Prays X sosial şəbəkəsində İranla ABŞ arasında atəşkəs razılaşmasını şərh edərkən yazıb.
“Görünür, müharibə İranın Hörmüz boğazına nəzarəti ələ keçirməsi və ABŞ-ın İran neftinə sanksiyalarının ləğvi ilə başa çatır. Əgər bu, yeni norma olarsa, onda biz İran rejiminin əsas sahələrdə strateji cəhətdən daha güclü olması üçün çoxlu qan, pul və nüfuz sərf etmişik”, - Prays qeyd edib.
Bəxtiyar CƏFƏRLİ