AZ

Keyn "Real"a qarşı amansızdır - İngilis forvard mütləq rekordçuya çevrilə biləcəkmi?

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Real Madrid"i səfərdə 2:1 hesabı ilə məğlub edən "Bayern Münhen"in hücumçusu Harri Keyn maraqlı rekorda şərik olub.

Fanat.Az "OptaJoe" portalına istinadən xəbər verir ki, ingilis hücumçu "Real"a qarşı son 4 oyunda ya qol, ya da məhsuldar ötürmə ilə yadda qalıb. 

Daha öncə yalnız iki futbolçu İspaniya nəhənginə qarşı ardıcıl 4 matçda eyni məhsuldarlığı nümayiş etdirib. 2002-ci ildə sabiq "Bayern"li Covane Elber, 2017-ci ildə isə Dortmund "Borussiya"sının keçmiş hücumçusu Pyer-Emerik Obameyanq "kral klubu"na oxşar şəkildə problem yaradıb. Bu isə o demədkir ki, Keynin cavab qarşılaşmasında mütləq rekordçuya çevrilmək şansı var.

Toğrul

Seçilən
4
1
fanat.az

2Mənbələr