Aralıq dənizində 4.8 maqnitudalı zəlzələ baş verib.
"Far.Az" xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ təxminən 6 kilometr dərinlikdə, yerli vaxtla 14:35-də (Bakı vaxtı ilə 15:35) qeydə alınıb.