İlin ilk rübündə 74 uşağın müəssisəyə verilməsinin qarşısı alınıb.
"Report" xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat verilib.
Qeyd olunub ki, həmin uşaqlardan 30-u oğlan, 44-ü qızdır.
Eyni zamanda qeyd edilən dövrdə valideyn himayəsindən məhrum olmuş 28 uşaq ailə himayəsinə qaytarılıb. Onlardan 13-ü oğlan, 15-i isə qızdır.