AZ

Birləşmiş Ərəb Əmirlikləri də qələbəsini elan etdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin müşaviri Ənvər Qarqaş ölkəsinin Yaxın Şərq münaqişəsində “qələbə” qazandığını elan edib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, o, bunu “X” sosial media platformasında yazıb:

“Birləşmiş Ərəb Əmirlikləri səmimiyyətlə qarşısını almağa çalışdığımız müharibədə qalib gəldi və biz möhtəşəm milli müdafiəmiz sayəsində uğur qazandıq”, - deyə o yazıb.

Ənvər Qarqaş əlavə edib ki, bu münaqişə təcrübəsi BƏƏ-yə mürəkkəb geosiyasi vəziyyəti daha effektiv idarə etməyə və regionun gələcəyini formalaşdırmağa imkan verəcək.

Qeyd edək ki, bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkyan ABŞ ilə atəşkəsin İranın istədiyi prinsiplərin qəbul edilməsi sayəsində əldə olunduğunu bildirmişdi. 

Siyasətçi vurğulayıb ki, bundan sonra iranlılar diplomatiyada, müdafiədə və sosial sahələrdə birləşəcəklər.

Seçilən
21
cebheinfo.az

1Mənbələr